ABŞ ordusu bu ölkədən çəkildi

ABŞ-ın Müdafiə Nazirliyi amerikalı əsgərlərin Nigerdən çıxarılmasının başa çatdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuata açıqlamasında ABŞ ordusunun Nigerdən çıxması ilə bağlı məlumat verib. Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi artıq tamamlanıb.

Qeyd edək ki, Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ilin əvvəlində ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı