Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 41 min 272-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Son 24 saatda Qəzza zolağına edilən iki hücumda 20 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR