200 il əvvələ aid məktub tapıldı - FOTO

Fransanın şimalında arxeoloji qazıntı aparan bir qrup könüllü tələbə keçmişdən gələn təəccüblü mesajla qarşılaşıb.

Metbuat.az bildirir ki, Dieppe yaxınlığındakı qayalıqlarda Qalli kəndinin xarabalıqları üzərində işləyən tələbələr saxsı qabda kiçik şüşə butulka tapıblar. Şüşənin içərisində kağız olub və iplə bağlanıb. Onlar kağızı açanda aşağıdakı mesajla qarşılaşıblar:

“Dippedən olan və müxtəlif ziyalı icmalarının üzvü P.J.Féret 1825-ci ilin yanvarında burada qazıntılar apardı. O, "Cité de Limes" və ya Sezar düşərgəsi kimi tanınan bu geniş ərazidə tədqiqatlarını davam etdirir”.

Məlumata görə, Feret bölgənin görkəmli şəxsiyyəti idi və bələdiyyə qeydləri onun ərazini ilk dəfə 200 il əvvəl qazdığını təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı