Derbi görüşü üçün satışa çıxarılan biletlər 3 saniyəyə bitdi

Türkiyə Superliqa tarixində bilet satışı ilə bağlı rekord qeydə alınıb.

Metbuat.az xəbər verir ki, VI turda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyununun biletləri satışa çıxarılandan 3,1 saniyə sonra bitib. Yerli media yazır ki, Joze Mourinyonun Türkiyədə ilk derbi oyununda baş məşqçi kimi çıxış etməsi oyuna marağı daha da artırıb.

Qeyd edək ki, qarşılaşma sentyabrın 21-də keçiriləcək. "Qalatasaray" 5 turdan sonra 15 xal toplayaraq turnir cədvəlinin ilk sırasında qərarlaşıb. "Qalatasaray"dan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı