Bakı, 8 iyun, AZƏRTAC
“Sabah” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər” kitabının I cildi çapdan çıxıb.
Müəllif AZƏRTAC-a bildirib ki, kitabda XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən müəlliflər haqqında oçerklər yer alıb.
Kitabda Mirzağa Təbrizi, Həsən Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Həmid Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı Zehtabi, Haşim Tərlan, Sönməz, Səhənd, Əli Təbrizli, Qulamrza Səbri, Rza Bərahəni, Əli Kəmali və başqaları haqqında məlumatlar verilib.
Həmçinin öz yaradıcılığında cənub mövzusuna geniş yer ayıran Azərbaycanın tanınmış ədəbi simaları olan xalq yazıçısı Mirzə İbrahimov və xalq şairi Rəsul Rza haqqında da müəllifin portret oçerkləri dərc olunub.