24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimi keçirilib.
Metbuat.az bildirir ki, forumun açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir.
O qeyd edib ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir və bu kontekstdə I Özbəkistan-Azərbaycan Media Forumu xüsusi əhəmiyyət daşımaqla, dezinformasiyaya qarşı mübarizədə birgə səylərin gücləndirilməsini dəstəkləyəcək və mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dövrdə dezinformasiya vasitəsilə manipulyasiya ictimai asayişin sabitliyinin pozulmasına və dövlət qurumlarına inamın sarsıdılmasına səbəb ola bilər. Buna görə də, təcrübə və uğurlu modellərin mübadiləsi, yeni bacarıq və yanaşmaların öyrənilməsi çox vacibdir.
Media Forumda iştirakla yanaşı, Azərbaycan media nümayəndələrinin, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə etdiyini qeyd edən K.Həsənov informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan media subyektləri arasında sıx əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.
Sonda Forumda iştirak edən media nümayəndələrinə Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanın təmin edilməsi, müxtəlif müstəvilərdə media dəstəyinin göstərilməsi barədə çağırış edilib.
I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir - FOTOLAR
Həmçinin oxu
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı
16 Oktyabr 2026
·
12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16 Oktyabr 2026
·
12:07
Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
16 Oktyabr 2026
·
10:16
Jurnalistlərin IX qurultayı keçirilir
16 Oktyabr 2026
·
09:11
Top xəbərlər
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
"Qarabağ" - "Neftçi" matçından sonra nə baş verib? - VİDEO
Trampdan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev alman və azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən filmi paylaşdı
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Layihələr
Son xəbərlər
Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək - Krozetto
Bu gün
·
14:32
Hava ilə bağlı xəbərdarlıq edildi
Bu gün
·
14:11
Belarusdan Azərbaycana qarşı jest
Bu gün
·
13:55
Vensdən Putinlə bağlı diqqətçəkən bəyanat
Bu gün
·
13:23
Bu türk dövləti Göyçə ilə bağlı Ermənistanla razılaşdı
Bu gün
·
12:59
İranın yeni müdafiə naziri bəlli oldu
Bu gün
·
12:57
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Bu gün
·
12:53
"Sabah"-"Borussiya" oyununu o idarə edəcək
Bu gün
·
12:42
Həftənin ilk iş günü 30 dərəcə isti olacaq
Bu gün
·
12:34
Lökbatanda anbarda yanğın oldu
Bu gün
·
12:22
Bu ölkədə helikopter qəzası oldu
Bu gün
·
11:58
TDT-dən Azərbaycana təbrik
Bu gün
·
11:45
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Bu gün
·
11:36
Alyona Əliyeva paylaşım etdi - FOTO
Bu gün
·
11:17
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Bu gün
·
11:12