Zakir Həsənov pakistanlı generalla görüşdü - FOTO

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Strateji Planlar Departamentinin Baş Direktoru general-leytenant Yusuf Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Z.Həsənov Azərbaycan-Pakistan arasında bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə də qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR