“Yaxşı ki, ÇL-də oynamadıq” deyənlərə cavab verdi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Çempionlar Liqasının Liqa mərhələsinə düşməməsindən danışıb.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, “Tottenhem”ə qarşı Avroliqa oyunu ərəfəsində bu gün Londonda keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavablandırıb.

Q.Qurbanov pley-off-da rəqibləri olmuş "Dinamo”nun (Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxlarının yaxşı ki, "Qarabağ"ın ÇL-də oynamadı" fikirləri səsləndirməsinə belə münasibət bildirib:

"Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalardan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, başqa turnir barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çoxdur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı