Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 26-sı saat 16:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı