Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda gümüş və bürünc medal qazanıblar.
Metbuat.az xəbər verir ki, gürzlərlə fərdi proqramda Nur Sadıqova və Məryəm Baloğlanova müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Qeyd edək ki, yarış sentyabrın 29-dək davam edəcək.