Əməkdaşlarımız nəfəs ala bilmirdi - Xəzər TV-nin işçisi DANIŞDI

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.

Metbuat.az xəbər verir ki, bu barədə Axar.az-a Xəzər TV-nin əməkdaşı məlumat verib.

“Partlayış boya zavodunda olduğu üçün tüstüdən və kimyəvi maddənin qoxusundan əraziyə yaxınlaşmaq olmur. Əraziyə polis əməkdaşları cəlb olunub. Polislər Xəzər TV-nin əməkdaşlarının hamısını binadan çıxarıblar. Televiziyanın binası tamamilə boşaldılıb. Səbəb isə yanğından dolayı tüstünün binanı bürüməsidir. Kanalın əməkdaşları nəfəs ala bilməyib. Partlayış olan ərazidə zavodun əməkdaşları zəhərlənib. Xəzər TV-nin əməkdaşlarının zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumat yoxdur. Ölüm olub-olmadığı da bilinmir, çünki zəhərli maddənin təsirindən əraziyə yaxınlaşa da bilmirlər. Bir neçə dəfə partlayış səsi eşidilib”, - televiziyanın əməkdaşı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı