Nəsrullah hücumdan sağ çıxıb? - VİDEO

İsrailin Livana hücumlarının beşinci günündə Beyrutda ard-arda partlayışlar baş verib. İsrail Hizbullahın əsas qərargahlarının yerləşdiyi Dahiye bölgəsində Hureyk məhəlləsindəki hədəfləri, o cümlədən Həsən Nəsrullahın evini vurub.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlar nəticəsində 6 nəfər ölüb, 91 nəfər yaralanıb. İsrail mətbuatı Nəsrullahın əsas hədəf olduğunu, hücumdan sonra yaralandığını iddia edib. Hizbullaha yaxın mənbələr isə Nəsrullahın səhhətinin yaxşı olduğunu qeyd edib. "Reuters" Hizbullahın yüksək rütbəli rəhbər heyəti ilə əlaqənin kəsildiyini irəli sürüb.

Qeyd edək ki, Beyrutun cənub bölgəsində çoxsaylı partlayışlar Netanyahunun BMT-dəki çıxışından sonra baş verib. Hücumlar İsrailin Livana qarşı ən genişmiqyaslı əməliyyatı hesab olunur. İsrail Prezident Ofisi Netanyahunun bu gecə İsrailə qayıdacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı