"Qalatasaray"da avrokubok matçı öncəsi itki - FOTO

"Galatasaray"ın ulduz futbolçusu Viktor Osimhen cümə axşamı keçiriləcək Avropa Kuboku matçında oynaya bilməyəcək.

Metbuat.az-ın məlumatına görə, "Qalatasaray" "Riqas Skola" ilə qarşılaşmada Viktor Osimhenin xidmətlərindən məhrum qalacaq. Buna səbəb Osimhenin "Kasımpaşa" ilə oyunda aldığı zədədir.

Nigeriyalı forvardın MRT müayinəsi bu gün aparılacaq. Osimhen cümə axşamı ilk 11-də yer almayacaq.

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray" forması ilə 4 oyunda çıxış edib. 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR