11-ci sinif şagirdi dərsdən çıxarkən qətlə yetirildi

Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin həmyaşıdı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə xəsarət yetirib.

16 yaşlı yeniyetmənin qohumları deyirlər ki, Həsən Quliyev sakit uşaq olub. O, 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.

Faktla bağlı saxlanan yeniyetmə barəsində "qəsdən sağlamlığa ağır zərərvurma - ölümlə nəticələndikdə" maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Ətraflı "Xəzər Xəbər"in videosunda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı