“Gəncə” klubu yeni basketbolçu aldı

“Gəncə” daha bir basketbolçunu heyətinə qatıb.

Klubdan Metbuat.az-a verilən məlumata görə, qərb təmsilçisi ABŞ-dan olan Corc Deven Petersonla anlaşıb. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

188 santimetr boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR