"Real"ın kapitanı ciddi zədələndi

İspaniya La Liqasının IX turunda "Real Madrid" klubunun kapitanı Dani Karvahal ciddi zədə alıb.

Metbuat.az-ın məlumatına görə, "Kral klubu"nun doğma meydanda "Vilyarreal"la oynadığı matçın sonlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub. Karvahal ağrıdan göz yaşlarını saxlaya bilməyərək, meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Oyun "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı