Peres Mbappeyə bu qadağanı qoydu

Keçmiş fransalı futbolçu Patris Evra Kilian Mbappenin “Real Madrid”dəki performansı barədə danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, "Real Madrid" Mbappedən çox şey gözləyir və onun bacardığından daha çoxunu etməsini istəyir. Evranın sözlərinə görə, Mbappe hələ Kərim Benzema səviyyəsinə belə çatmayıb. Evra Mbappenin zədəli olmadığı halda milliyə niyə çağırılmadığını açıqlayıb. Evra buna “Real” prezidenti Florentino Peresin mane olduğunu ifadə edib. Evra, "Mbappeni milliyə çağırsan və zədələnərsə, Florentino Peres səni məhv edər. “Real Madrid” PSJ deyil” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR