Mourinyo və Ali Koç arasında gərginlik - Razılığa gələ bilmirlər

İngiltərə və Fransanın iki klubu mövsümün sonunda “Fənərbaxça” ilə müqaviləsi bitəcək Bright Osayi-Samuel üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi Joze Mourinyonun israrla komandada qalmaq istədiyi nigeriyalı sağ cinah müdafiəçisi üçün nəzərdə tutduğu məvacibdən çox pul vermək istəmir. Bildirilir ki, baş məşqçi Joze Mourinyo futbolçunu buraxmaq istəmir. Lakin klub rəhbərliyi futbolçu ilə anlaşa bilməyib. Məlumata görə, futbolçu hazırda 1,8 milyon məvacib alır. Yeni müqavilə üçün isə futbolçu illik 2,5 milyon avro tələb edir.

"Fənərbaxça" futbolçuya 2 milyon avrodan çox pul ödəmək istəmir. Klub futbolçunun mövsümün sonunda azad agent olmaması üçün onu mövsümün ortasında transfer olmasına razılıq verə bilər. “Norviç Siti” və “ Lens” futbolçunu transfer etmək üçün həmlələr edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı