​Türkiyə vətəndaşlarını Livandan təxliyə edir

Türkiyə vətəndaşlarını Livandan təxliyə edən Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Mersin limanına gəlib.

Metbuat.az xəbər verir ki, təxliyə üçün iki gəmi göndərilib. İlk gəmi TCG Bayraktar ilə 558 nəfərin təxliyə edildiyi bildirilib. Məlumatda deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə gəmilər Livanı tərk etmək istəyən vətəndaşların təxliyyəsi üçün Livana gedib. Təxliyə əməliyyatı Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyası ilə həyata keçirilib. Hərbi Dəniz Qüvvələri Komandanlığının TCG Sancaktar və TCG Bayraktar amfibiya gəmiləri bölgəyə 300 ton humanitar yardım çatdırıb. Daha sonra Türkiyə vətəndaşları Beyrut limanında lazımi yoxlamalar aparıldıqdan sonra həmin gəmilərə mindirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı