Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində edilən dəyişikliklər başa çatdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz edilib.
Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkətinə imkan verəcək.
Artıq işlər tam yekunlaşıb.