Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Metbuat.az xəbər verir ki, hadisə Beyləqan rayonunun mərkəzi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi Hüseynov Haldun həmyerlisi 7-ci sinif şagirdi Qasımlı Hüseyn tərəfindən bıçaqlanıb.
Hadisə dərs vaxtından sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.