Livandakı tarixi kənd xəritədən silindi

İsrail qüvvələri Livan-İsrail sərhədində yerləşən Mahbib kəndində “Hizbullah”a aid olan tunellər aşkar ediblər.

Metbuat.az xəbər verir ki, bundan sonra kəndə bombalar yerləşdirilib. Bombaları yerləşdirdikdən sonra kənddən uzaqlaşan İsrail əsgərləri, kəndi uzaqdan partladıblar. Partlayış nəticəsində bütün kəndin toz buludlarına büründüyü müşahidə edilib. Bütün bombaların eyni vaxtda partladılması nəticəsində kənddən yalnız torpaq və xarabalıqlar qalıb. “Planet Labs” peyk şrikəti kəndin partlayışdan əvvəl və sonrakı görüntülərini dərc edib.

Görüntülərdən görünür ki, kənddən heç nə qalmayıb. 2100 ildən çox tarixi olan Mhaibib kəndi tamamilə yerlə-yeksan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı