Xaçmazda kanaldan meyit tapıldı

Xaçmaz rayonunun İstisu qəsəbəsindən keçən kanalda meyit tapılıb.

Metbuat.az-ın məlumatına görə, meyit sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilib.

Araşdırmalar nəticəsində meyitin 3 gün əvvəl itkin düşən 70 yaşlı qəsəbə sakini Əlixan Mehdixanova aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR