Bələdiyyələrə xidmət haqları nağdsız qaydada ödəniləcək

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız formada həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız formada ödənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı