Bakıda leysan olacaq - HAVA

Bu günə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17°, axşam 12° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 15-20° isti, dağlarda gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR