Livan İsraili BMT TŞ-yə şikayət etdi

Livan İsraili mülki şəxslərə hücumlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada, Livanın BMT Nümayəndəliyinin İnformasiya Nazirliyi ilə koordinasiyalı şəkildə məsələ üzərində işlədiyi bildirilib. Bildirilib ki, İsrailin Beyrutun Evzai bölgəsi və ölkənin cənubundakı Hasbiya bölgəsindəki media obyektlərini hədəf alan hücumları və media işçilərinin ölümü barədə BMT Təhlükəsizlik Şurasına məlumat verilib. Açıqlamada, bunun İsrailin məsuliyyət daşımasını və cəzalandırılmasını tələb edən müharibə cinayəti olduğu vurğulanıb. Bildirilib ki, jurnalistlərə qarşı hücumlar İsrailin Livana hücumlarını işıqlandıran bütün jurnalistləri qorxutmaq cəhdidir.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən Livanda dərhal atəşkəsi təmin etməyə və İsrailin hücumlarını dayandırmaq üçün qəti addımlar atmağa çağırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı