Hindistanın Kerala əyalətində məbəddə keçirilən festivalda faciə baş verib.
Metbuat.az xəbər verir ki, atəşfəşanlıq zamanı baş verən yanğında 150-dən çox insan xəsarət alıb. Məlumata görə, Kasaraqod bölgəsindəki məbəddə keçirilən festivalda atəşfəşanlıq təşkil edilib. Lakin atəşfəşanlıqdan sonran yanğın başlayıb. Polis 8-i ağır olmaqla 150-dən çox adamın yaralandığını bildirib. Bildirilir ki, yanğın priotexniki vasitələrin saxlanıldığı anbarda qeydə alınıb.
Rəsmilər məbəd nümayəndələrinin təhlükəsizlik protokoluna əməl etmədiklərini və atəşfəşanlığın təşkili üçün lazımi icazələri almadıqlarını bildiriblər.