İsrail Prezidenti İsxak Hersoq noyabr ayında Bakıda baş tutacaq BMT COP29 iqlim konfransında İsraili təmsil edəcək.
Metbuat.az xəbər verir ki, The Times of Israel-ə istinadən bu məlumatı Hersoq Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə keçirdiyi görüş zamanı bildirib.
Məlumatda İsrailin Baş naziri Benyamin Netanyahunun konfransda iştirak etməyəcəyi vurğulanıb. Hersoq isə ABŞ səfərindən sonra birbaşa COP29-a qatılacaq.