​İspaniyadakı daşqınlarda ölənlərin sayı artdı

İspaniyanın şərq və cənub bölgələrini, xüsusilə də Valensiya bölgəsini cənginə alan daşqınlarda ölənlərin sayı 150-ni ötüb.

Metbuat.az xəbər verir ki, ölüm hadisələrinin əksəriyyətinin Valensiyada olduğunu açıqlanıb. Yerli dairələrin məlumatına görə, təbii fəlakət nəticəsində çox sayda itkin düşüb. Müdafiə Nazirliyi hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işlərində 1064 əsgərin çalışdığını açıqlayıb.

İspaniya Dövlət Meteorologiya İnstitutu Valensiya bölgəsindəki daşqınları əsrin fəlakəti adlandırıb. Bildirilib ki, bölgəyə bir il ərzində yağan yağışlar 8 saat ərzində yağıb. Valensiyaya gedən Baş nazir Pedro Sançes dövlətin bütün imkanlarının səfərbər edildiyini, prioritetlərinin axtarış-xilasetmə işləri olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı