AMB bu şirkətlərə lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib/

Metbuat.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta" və "Meta-Kapital" MMC-lərlə birlikdə 6 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, "Money Shop" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 94, fəaliyyət ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8, nizamnamə kapitalı 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı