​Mariya Zaxarova ABŞ-dəki seçkilərdən danışdı

"Vaşinqtonun siyasəti seçkidən sonra dəyişərsə, Rusiya öz maraqlarına zidd olmayan təklifləri dəyərləndirməyə hazırdır".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-də keçirilən 60-cı prezident seçkilərə münasibət bildirirkən deyib.

Mariya Zaxarova qeyd edib ki, ABŞ prezident seçkilərində kimin qalib gəlməsi Rusiya üçün çox az fərq edir, çünki hər iki namizəd Rusiyaya qarşı qarşıdurma mövqeyindədir. O, ABŞ-də Rusiya ilə bağlı iki partiyalı konsensusun olduğunu diqqətə çatdıraraq bu seçkilərin nəticəsinin Rusiyaya təsiri olamayacağını deyib.

Zaxarovanın sözlərinə görə, əgər Vaşinqtonun siyasəti seçkidən sonra dəyişərsə, Rusiya öz maraqlarına uyğun olan hər hansı təklifləri nəzərdən keçirməyə hazırdır. "Hər halda, Rusiya öz maraqlarını, xüsusilə milli təhlükəsizliklə bağlı olan məsələlərdə, qətiyyətlə qoruyacaq. Kim olursa olsun, Ağ Evdə oturan şəxsin öz ölkəsinin daxili problemlərinə diqqət yetirməsi və Amerikanın sahillərindən minlərlə kilometr uzaqda problemlər yaratmağa çalışmaması məntiqli olardı", - deyə o vurğulayıb.

O, həmçinin Amerika xalqına "demokratiya böhranını və cəmiyyətdəki bölünmələri aradan qaldırmağı" arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı