Peres Ardanın bu kluba getməsinə razılıq verdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Arda Güler üçün “Real Madrid”in prezidenti Florentino Pereslə danışıb.

Metbuat.az xəbər verir ki, Mourinyo Peresdən Ardanın "Fənərbaxça"ya gəlməsinə şərait yaratmasını istəyib. "El Nacional"ın məlumatına görə, Peres Mourinyonun təklifinə etiraz etməyib. İddialara görə, “Real” prezidenti mövsümün fasiləsində Ardanın getməsinə razılıq verib. İddia edilir ki, Peres Mourinyoya Ardanın mövsümün sonuna kimi icarə əsasında "Fənərbaxça"da oyanaya biləcəyini deyib.

İspaniya mediasının məlumatına görə, baş məşqçi Karlo Ançelotti Arda Gülerə şans vermək istəmir. Ançelottinin mövsümün sonunda klubdan ayrılacağı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı