"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Bildirilib ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı