Bakıya gələnlərin nəzərinə - Bu ərazilərdə postlar var

Bakıya giriş hissələrdə müvəqqəti postlar qurulub.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülər alternativ yollara yönəldilir.

Yol polisləri həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparırlar. Əvvəldən də xəbərdarlıq edildiyi kimi, Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq edilir.

Bununla da şəhərdə nəqliyyatın yükü demək olar ki, azalıb. İştirakçılar polisin müşayiəti ilə COP29 zolağı ilə rahat şəkildə tədbirin keçirildiyi məkana gedirlər.

Ərazidə xidmət aparan yol polisləri bildiriblər ki, postlarda xidmət 24 saat növbəlilik əsasında davam edəcək. Həmin postlardan tədbir iştirakçıları və operativ nəqliyyat vasitələrinin sürücülərindən başqa heç bir nəqliyyat buraxılmayacaq.

Eyni postlar Bakıya şimaldan girişdə də qurulub. Buradan isə sürücülər şəhər istiqamətində fasilələrlə buraxılırlar.

Qeyd edək ki, COP29 günlərdə bölgələrdən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə həmin sürücülər də digərləri kimi alternativ yollarla hərəkət edə bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı