Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Bakıya gələn Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunur ki, COP29 pavilyonunda keçirilən görüşdə Türkiyə ilə Azərbaycan arasındakı mədəni əlaqələrin mövcud vəziyyəti və daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Nazirlər daha sonra Türkiyə pavilyonunu ziyarət ediblər.

Ersoy mətbuat nümayəndələrinə açıqlamasında Türkiyə ilə Azərbaycan arasındakı mədəni fəaliyyətlərdə ciddi artım olduğunu bildirib.

"Mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir. Turizm axını son illərdə çox ciddi şəkildə artmağa başlayıb. Bu il Azərbaycandan Türkiyəyə səfərlərdə 15 faiz artım olacaq və 900 min ziyarətçiyə çatmış olacağıq, - Türkiyənin mədəniyyət və turizm naziri qeyd edib.

Ersoy daha sonra Özbəkistan pavilyonunu da ziyarət edərək Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov ilə görüş keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı