Onu transfer etmək istəyən bu qədər ödəməlidir - Qiyməti 40 dəfə artdı

"Fənərbaxça" yeni müqavilə üçün danışıqlar apardığı Bright Osayi-Samuelin transfer qiymətini müəyyən edib.

Metbuat.az xəbər verir ki, klub Osayi-Samuelin qiymətini 40 dəfə artırıb. Bildirilir ki, Osayi Samuel 3 il əvvəl 500 min avroya transfer olunub. "Fənərbaxça" nigeriyalı futbolçudan azı 20 milyon avro transfer gəliri gözləyir. Futbolçuya marağın olduğunu nəzərə alan klub onunla müqaviləni artırmaq istəyir. Bildirilir ki, “Fənərbaxça” prezidenti Ali Koç Osayi-Samuelin atası ilə danışıqlar aparıb. Xəbərdə danışıqların məhsuldar keçdiyi və “Fənərbaxça”nın Osayi-Samuelə illik 2 milyon avro təklif etdiyi bildirilib.

Məlumata görə, baş məşqçi Joze Mourinyo futbolçunun oyunundan razılıq edib və onun kluda qalmasına üstünlük verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı