"Qalatasaray"ın belçikalı ulduzu Mişi Batşuayi Bodrum FK-ya qarşı oyunda komandasına qələbə qazandıran qoldan sonra fikirlərini bölüşüb.
Metbuat.az xəbər verir ki, Batşuayi bu axşam "Qalatasaray"ın istədikləri formansı göstərə bilmədiyini bildirib. O, bunu səfərdə oynamaları ilə əlaqələndirib, amma əsas vacib olan 3 xalı aldıqlarını deyib. Bununla yanaşı, İstanbuldakı "Tottenham" ilə matça gedərkən ağır qəzada ölən 9 yaşlı Yiğit və ailəsinə başsağlığı verib.
Batşuayi həmçinin hücum taktikasına da toxunub: "İki hücumçu və ya tək hücumçu kimi oynamağı bacarıram. Viktor Osimhen çox uzundur, hava toplarında yaxşıdır və dərinliyə qaçışlar edir. Mən isə texniki olaraq daha güclüyəm. Seçim isə baş məşqçidən asılıdır və o, düzgün qərar qəbul edir".
Qeyd edək ki, "Qalatasaray" səfərdə "Bodrum FK" üzərində Mişi Batşuayinin qolu ilə minimal hesablı qələbə qazanaraq xalını 34-ə çatdırıb. Bu nəticə ilə "sarı-qırmızılılar" Süper Liqa tarixində ilk 12 oyunda ən çox qələbə qazanan komanda olub.