ABŞ-ın Kaliforniya ştatında iki müəllimə şagirdlərlə seksual münasibətdə olduğu üçün həbs edilib.

ANS PRESS-in məlumatına görə, 38 yaşlı Melodi Lippert və 30 yaşlı Mişel Qirelli yanvarın 21-də məhkəmə qarşısına çıxarılacaq. Hazırda onlar 20 min dollar və 50 min dollar girov müqabilində sərbəst buraxılıb.

2014-cü ilin noyabrında ingilis dili müəlliməsi Lippert tələbələrin pikniyinə sərxoş halda gəlib və yeniyetmələrdən biri ilə cinsi əlaqədə olub.

Bir neçə həftə sonra o Qirelliylə birlikdə məktəb proqramına daxil olmayan çimərliyə gecə turistik səfər təşkil edib.

Həmin gecə hər iki müəllimə yeniyetmələrlə seksual münasibətlərdə olublar.

Şagirdlərlə cinsi əlaqəyə girən müəllimələr həbs olundu (FOTO)
Mənbə
ANS PRESS