“Christian Dior”un Azərbaycandakı şirkəti ləğv edildi

Geyim və moda brendi kimi fəaliyyət göstərən “Christian Dior Couture” Azərbaycandakı şirkətinin ləğv olunduğunu elan edib.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan şirkətin qanuni təmsilçisi isə Vincent Simon Pierre Bernarddır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı