Britaniyanın baş naziri İsraillə bağlı tələbi rədd etdi

Böyük Britaniyanın baş naziri Keir Starmer İsrailə bütün silah satışlarının dayandırılması tələbini rədd edib.

Metbuat.az xəbər verir ki, Starmer parlamentdə həftəlik "Baş nazirə suallar" sessiyasında cari məsələlərlə bağlı açıqlamalar verib. Şotlandiya Milli Partiyasının millət vəkili Brendan Ohara iclasda Starmerin İsrail hökumətinə Qəzzaya daha çox yardımın daxil olmasına icazə vermək barədə çağırışını xatırladıb. O, Starmerə "Artıq İsrailə bütün silah ixracını dayandırmağın, sanksiyalar tətbiq etməyin və bütün qeyri-qanuni yaşayış məntəqələri ilə ticarəti dayandırmağın və Fələstini tanımağın vaxtı çatmayıbmı?" sualını verib.

Baş nazir Starmer isə “Mən İsrailə İranın hücumlarına qarşı özünü müdafiə edə biləcək avadanlıqların satışı ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişəm və bunu davam etdirəcəyimizi açıq şəkildə bildirirəm" - deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR