​BMT TŞ-də Ukraynadakı hadisələr müzakirə edildi

BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hadisələr müzakirə edilib.

Metbuat.az xəbər verir ki, iclasda BMT-nin Avropa, Mərkəzi Asiya və Amerika üzrə baş katibinin müavini Miroslav Yença üzv ölkələri Ukraynadakı hadisələr barədə məlumatlandırıb. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi daha da qızışıb. Nümayəndə Şimali Koreya əsgərlərinin münaqişə zonasına göndərilməsi xəbərindən sonra vəziyyətin daha da mürəkkəbləşdiyini bildirib.

Miroslav Yença bəyan edib ki, tərəflər hücumlar zamanı mülki əhali arasında tələfatın və yaralanmanın qarşısını almaq üçün tədbirlər həyata keçirməlidir. “İstifadə olunan silah sistemindən asılı olmayaraq, mülki hədəflərə və kritik infrastrukturlara qarşı edilən bütün hücumları qınayırıq, - deyə Miroslav Yença bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı