Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41 505 292 manat olan müqavilə imzalanıb. İşlərə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR