Süni intellektlə işləyən radar texnologiyası yaradıldı

Cənubi Koreya hərbi sahədə yeni texnologiya üzərində işləyir.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya pilotsuz uçuş aparatlarını kilometrlərlə uzaqdan aşkarlaya bilən radar texnologiyasını sınaqdan keçirib. Yonhap agentliyinin məlumatına görə, yeni radar texnologiyası süni intellektə əsaslanaraq fəaliyyət göstərir. Məlumata görə, yeni radar texnologiyası sınaqdan uğurla keçib. Süni intellekt əsasında fəaliyyət göstərən texnologiyanın bir neçə kilometr aralıda yerləşən kiçik PUA-ları uğurla aşkarladığı bildirilib. Sınağın dəqiq məsafəsi və pilotsuz təyyarənin ölçüləri kimi detallar hərbi təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı