Bu ilin 10 ayı ərzində banklar tərəfindən verilmiş 14 milyard 628,1 milyon manatlıq cəmi biznes kreditlərinin 8 milyard 236, 3 milyon manatı və ya 56,3%-i iri sahibkarlıq subyektərinə verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Trend Mərkəzi Bankın açıqladığı statistik bülletenə əsasən hesablama aparıb.
Cəmi biznes kreditləri portfelinin 10 milyard 31,4 milyon manatı və ya 68,6%-i iri və orta sahibkarlıq subyektlərinin, o cümlədən 1 milyard 795,1 milyon manatı və ya 12,3%-i orta sahibkarlıq subyektlərinin payına düşür.
Həmçinin biznes kreditləri portfelinin 1 milyard 572,6 milyon manatı və ya 10,7%-i kiçik sahibkarlıq subyektlərinin, 3 milyard 24,1 milyon manatı və ya 20,7%-i isə mikro sahibkarlıq subyektlərinin payına düşüb.