Qvardiola yoxa "çıxdı" - Ondan xəbər ala bilmirlər

Futbol tarixinin ən uğurlu məşqçilərindən hesab edilən ispan məşqçi Pep Qvardiola karyerasının ən pis dövrünü “Mançester Siti”də yaşayır.

Metbuat.az xəbər verir ki, Qvardiolanın 6 dəfə liqa çempionu etdiyi “Mançester Siti” bu mövsüm uğursuz oyun nümayiş etdirir. Bu mövsüm gözləntilərdən xeyli aşağı olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola vəziyyəti düzəltmək üçün ofisinə qapanıb. “The Athletic”də yer alan xəbərə görə, “Mançester Siti”dəki böhranı həll etmək üçün ofisinə qapanan Qvardiola telefon zənglərinə cavab vermir.

Qeyd edək ki, bundan əvvəl komandası uğursuz oyun nümayiş etdirəndə Pep Qvardiola yeni taktika irəli sürürdü. Qvardiolanın ofisinə qapanması yeni taktika üzərində işləməsi ilə bağlı ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR