Böyük Britaniya Ukraynaya qoşun yeritmək fikrində deyil.
Metbuat.az xəbər verir ki, “Sky News” telekanalı Böyük Britaniyanın baş naziri Key Starmerə istinadən belə məlumat paylaşıb. Bundan əvvəl “Monde” qəzeti öz mənbələrinə istinadən Fransa və Böyük Britaniyanın qərbli hərbçilərin Ukraynaya göndərilməsi ilə bağlı yeni danışıqlara başladığını irəli sürmüşdü. Qəzetin yazdığına görə, Paris və London Ukrayna ilə bağlı koalisiyaya rəhbərlik etmək imkanını istisna etmirlər.
“Economist” jurnalı isə Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək istəmədiklərini, məsələni sadəcə müzakirə etdiklərini qeyd edib.