Məşhur moda dizayneri Donatella Versaçe Londonda keçirilən musiqili tamaşanın təqdimatında yeni görünüşü ilə diqqət mərkəzində olub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 69 yaşlı Donatellanın simasındakı dəyişiklik sosial mediada geniş müzakirələrə səbəb olub.
"Versace" brendinin təsisçisi və direktoru tədbirə qara ürək yaxalı bodi, üzəri naxışlı şəffaf libas və dizdən yuxarı qəhvəyi dəri platform çəkmələrdə qatılıb.
Donatella estetik əməliyyatlarla bağlı açıqlama verməsə də, simasındakı dəyişiklikləri uğursuz estetik əməliyyatlarla əlaqələndirilir.
Qeyd edək ki, Donatellanın görünüşündəki dəyişikliklər 1990-cı illərə qədər uzanır. 1993-cü ildə Parisdə "Versace" dəfiləsində təbii gözəlliyi ilə diqqət çəkən dizayner qardaşı Canni Versacenin 1997-ci ildə faciəvi ölümündən sonra həm imicində, həm də karyerasında ciddi dəyişikliklər etmişdi. O, 2013-cü ildə botoks istifadə etdiyini etiraf etmişdi.