Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Konfederasiyadan məlumat verilib.
Bildirilib ki, qurumun prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.
O, əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb, Fövqəladə Hallar Nazirliyinin Katibliyinin rəis müavini, Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb, bu ilin aprelindən Konfederasiya prezidentinin müşaviri təyin edilib.