Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazırda üç yaşayış kompleksi layihəsini həyata keçirir. Bunlar Binəqədi, Yevlax və Şirvan şəhərlərində inşa edilən yaşayış kompleksləridir.

Metbuat.az xəbər verir ki, bu barədə MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən layihələr çərçivəsində ümumilikdə 3000-ə yaxın mənzilin inşası planlaşdırılır.