Dəməşqdə İran səfirliyi qarət edilib.
Metbuat.az xəbər verir ki, kadrları "Azad İran" "Telegram" kanalı yayıb.
Məlumata görə, Suriyada müxalif qüvvələr paytaxt Dəməşqi ələ keçirdikdən sonra İran səfirliyinin binasından asılmış SEPAH-ın Qüds qanadının keçmiş komandanı, general Qasım Süleymani və "Hizbullah"ın öldürülən lideri Həsən Nəsrullahın şəkilləri olan plakat parçalanıb.
Bildirilir ki, səfirliyin bütün əməkdaşları və SEPAH-a bağlı silahlılar Dəməşqi dərhal tərk ediblər.
Qeyd edək ki, İran hakimiyyətdən devrilən prezident Bəşər Əsədin müttəfiqidir.